XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 14:23

“5 rayon onsuz da Azərbaycana qaytarılacaqdı” –Sergey Lavrov
“Qarabağla bağlı əvvəllər diplomatik yolla bir razılığa gəlmək mümkün olsaydı belə, beş rayon onsuz da, Bakıya qaytarılacaqdı. Amma bu, yalnız sülh yolu ilə baş tutardı”.

Strateq.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov onlayn mətbuat konfransı zamanı deyib.

“Biz bütün münaqişənin uzun müddət əvvəl ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən hazırlanan və yeri gəlmişkən, Azərbaycan Prezidentinin dəfələrlə xatırlatdığı və bu prinsiplər əsasında həyata keçirməyə hazır olduğunu vurğuladığı prinsiplər əsasında həll olunmasına üstünlük verirdik”.

Nazir əlavə edib: “O yolu tutsaydıq, nəticə bəlkə də beş bölgənin, daha sonra iki bölgənin azad edilməsi baxımından eyni olardı, lakin ilk növbədə, bu, qan tökülmədən, ikincisi, son  siyasi həll yolu ilə birlikdə ediləcəkdi”.

Sergey Lavrov Dağlıq Qarabağla bağlı razılaşmaların münaqişənin nizamlanmasında gələcək irəliləyiş üçün möhkəm zəmin yaratdığını söyləyib. “Ümid edirəm ki, başladığımız bu beş illik dövr – Rusiya sülhməramlı kontingentinin qalma dövrü – bu istiqamətdə daha da irəliləməyə ən azı möhkəm zəmin yaradacaq”.