Qarabağ müharibəsində uğursuzluğa düçar olan və Azərbaycan Ordusu qarşısında darmadağın olan Ermənistan silahlı qüvvələri Kəlbəcəri tərk etməyə məcbur edilib.
Strateq.az Oxu.az-a istinadla xəbər verir ki, ərazini tərk edən erməni əhali gedərkən yanğınlar törədirlər.
Bu barədə erməni “Telegram” kanalları məlumat və videolar paylaşıb.
Bu isə onların necə vandal olduqlarının növbəti sübutudur. İşğal etdikləri torpaqlardan çıxmalı olan ermənilər ekoloji terror törədir, təbiətə ziyan vurmaqla bir daha mənfur niyyətlərini büruzə verirlər.
Bununla bağlı videonu təqdim edirik: