XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 23:43

Polis və Daxili Qoşunların hərbçiləri Şuşada komendant rejimində fəaliyyət göstərir –DİN-dən açıqlama

Şuşada komendant rejiminin tətbiqinə başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Şuşa rayon Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb: “Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub. Hazırda rayon Polis Şöbəsinin əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Şuşa şəhərində komendant rejimində fəaliyyətini davam etdirir”.