XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

13 Noyabr 2020 - 12:21

“Azərbaycanın çevik reaksiyasına görə helikopterin vurulması ilə bağlı açıqlamanı qəbul etdik” –Peskov

Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə bağlı Azərbaycanın çevik reaksiyası və qərəzsiz araşdırma aparmağa hazır olması Moskvaya üzrxahlığı qəbul etməsinə imkan verdi.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O deyib: “Azərbaycanlıların Azərbaycan Prezidentinin çevik reaksiyası və Azərbaycanın təfərrüatları qərəzsiz araşdırmağa və günahkarları cəzalandırmağa hazır olması bizə bu üzrxahlığı qəbul etməyə imkan verdi”.