XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2020 - 16:58

Polşada yaşayan azərbaycanlının ölüm səbəbi araşdırılır –Komitə

Polşada yaşayan azərbaycanlının ölüm səbəbi araşdırılır.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, əldə olunan məlumata görə, 3 ilə yaxındır, Polşada təhsil alan və işləyən İsmayılov Müşviq Asif oğlu dünyasını dəyişib.

Məlumat əldə edildikdən dərhal sonra Komitə baş verən hadisə ilə maraqlanıb və əlavə məlumatların əldə olunmasında Polşa Azərbaycanlıları Şurası yaxından iştirak edib.

Polşa polis orqanlarının ilkin istintaqın nəticələrinə əsasən verdiyi məlumata görə, soydaşımız intihar edib.

Hazırda istintaq-əməliyyat qrupu faktı araşdırır və istintaq bitdikdən sonra ölüm hadisəsi barədə rəsmi məlumatın veriləcəyi gözlənilir.

Komitə hadisəni nəzarətdə saxlayır.

Qeyd edək ki, M.İsmayılovun erməni millətçiləri tərəfindən qətlə yetirildiyi barədə məlumatlar yayılmışdı.