XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

13 Noyabr 2020 - 19:11

Hikmət Hacıyev:"Ermənistanın təcavüzü nəticəsində 50-dən artıq məktəbə ziyan dəyib"

“Ermənistanın təxribatı nəticəsində 4 məscid və kilsə, 15 qəbiristanlığa ziyan dəyib”.

Bunu bu gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hacıyev deyib ki, cəbhəboyu ərazilərdə yerləşən 50-dən çox məktəb binasına da ziyan dəyib.