“BMT-nin sənədlərinə əsasən, məktəb və uşaq bağçalarına ziyan vurulması yolverilməz sayılır və ən ağır cinayətlərdən biridir. Aidiyyəti beynəlxalq təşkilatlar da dəvət edilərək, məktəblərə dəyən ziyan qiymətləndiriləcək”.
Bunu bu gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hacıyevin sözlərinə görə, prosesin gedişində BMT-nin aidiyyəti, ixtisaslaşmış qurumları da ziyanın qiymətləndirilməsinə dəvət olunacaq. (apa)