XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2020 - 22:14

İranın qonşu dövlətlərlə sərhədində dəyişiklik olacaqmı? –XİN-dən cavab

“İranın Ermənistana və ya Azərbaycana sərhədlərində heç bir dəyişiklik olmayacaq”.

Strateq.az İRNA-ya istinadla xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçi bildirib.

O, Dağlıq Qarabağda atəşkəsi razılaşması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərləri “əsassız” adlandırıb.

Əraqçi deyib: “Təəssüf ki, saxta xəritələrlə yanaşı, kiber məkanda yalnış məlumatlar yayılır və İranın Ermənistanla sərhədini kəsmək, Ermənistanın içərisində və ya hətta İran daxilində bir dəhliz yaratmaq kimi iddialar irəli sürülür”.

Atəşkəs razılaşmanın  toxunan Əraqçi bildirib: “Ermənistan daxilində Naxçıvanı Azərbaycanla birləşdirəcək zolaq Rusiya tərəfindən yaradılır və onun dəqiq koordinatları hələ bilinmir. Bu, yeni bir fikir deyil və İranın Ermənistana və ya Azərbaycanla sərhəddində heç bir dəyişiklik edilməyəcək”.

“Bununla birlikdə, bütün tərəflərlə məsləhətləşmələrimiz davam edir”, – deyə XİN rəhbərinin müavini sonda bildirib.