XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Mart 2016 - 11:52

“Rus ordusu Gürcüstana girəcək” –Amerikalı ekspertdən sensasion iddialar

kramer-politoloq

"NATO-nun iyul ayında keçiriləcək Varşava sammiti və parlament seçkisi Gürcüstanla Rusiya arasında qarşıdurmaya səbəb ola bilər".

Bunu “Amerikanın səsi” radiosuna açıqlamasında amerikalı ekspert Devid Kramer söyləyib. Onun sözlərinə görə, Rusiya öz maraqlarının təminatı üçün Gürcüstandakı daxili siyasi vəziyyətdən yararlanmağa çalışacaq:

“2008-ci il müharibəsi NATO-nun Buxarest sammiti ilə əlaqədar idi. Alyans o zaman Gürcüstanın NATO-ya mütləq üzv olacağını demişdi. Bundan bir neçə ay sonra Rusiya Gürcüstana girdi. Moskva bu il ölkədə keçirilən parlament seçkisindən də öz məqsədləri üçün yararlana bilər. Bu o demək deyil ki, Rusiya “Gürcü arzusu” və ya Vahid Milli Hərəkat Partiyasını dəstəkləyir. Güman ki, Moskvanın öz favoriti var. Əgər Kreml bu gücün uğursuzluğunu görsə, o zaman açıq və ya gizli yolla bu prosesə qoşula bilər. Gürcüstanda rus ordusunun Ukrayna və ya Suriyada istifadə etdiyi ssenari təkrarlana bilər. Putin xalqın diqqətini ağır iqtisadi durumdan yayındırmaq üçün Gürcüstandan qisas almağı planlaşdırır”.