XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

30 Mart 2016 - 11:56

Əkrəm Əylislihava limanında saxlanıldı

ek

Yazıçı Əkrəm Əylisli bu gün səhər Bakı aeroportunda saxlanılıb.

Həyat yoldaşı Qalina Əylislinin "Turan"a bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın səbəbi açıqlanmayıb.

Ə.Əylisli böyük oğlu İlyas Əylisli ilə birgə Nəqliyyatda Baş polis İdarəsinin aeroportdakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də buraxılmayıblar.

Əkrəm Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı imiş. O, Venesiyada keçirilən “Incroci Di Civilta” Beynalxalq ədəbiyyat festifalında iştirak etmək üçün ölkədən çıxırdı.