XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2020 - 09:00

“Rusiyadakı səfirimizin geri çağırılması yalandır” –Azərbaycan XİN yayılan məlumatı təkzib etdi

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən bildirilib.

“Xatırladırıq ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir. Bu xüsusda yayılan bütün məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır”, – deyə məlumatda qeyd olunub.