XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2020 - 10:23

Azərbaycan koronavirusla bağlı tam qapanmaya gedə bilərmi? –ÜST-dən açıqlama

Ümid edirik ki, Azərbaycanda koronavirusla bağlı hər kəs tövsiyələrə riayət edəcək və ölkə üzrə tam qapanmaya getməyə ehtiyac yaranmayacaq.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Trend-ə Azərbaycanda lokal deyil, ölkə üzrə qapanmanın tətbiqinə ehtiyacın olub-olmaması barədə sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda yoluxma hallarının daha sürətlə artdığı bəzi şəhər və kəndlərə gediş-gəlişin qismən məhdudlaşdırılması kimi yeni yanaşmalardan istifadə olunur. Bu, hökumətin məhəllələrdə və kəndlərdə vəziyyəti yaxından izlədiyini göstərir:

“Virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır. Sadə gigiyenik qaydalara əməl etməklə, fiziki məsafə saxlamaqla və kütləvi məkanlara getməkdən çəkinməklə özümüzü və yaxınlarımızı qoruya bilərik”.