XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2020 - 11:58

Rusiya sülhməramlılarını daşıyan daha 18 təyyarə İrəvana enib –Müdafiə Nazirliyi

Rusiya sülhməramlı qüvvələrini daşıyan Rusiya Aerokosmik Qüvvələrinin daha 18 İl-76 hərbi-nəqliyyat təyyarəsi İrəvanda aerodroma enib.

 TASS-ın verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyindən jurnalistlərə məlumat verilib.

Bildirilib ki, bundan başqa daha iki An-124 “Ruslan” hərbi-nəqliyyat vasitəsi də aerodroma eniş edib.

Qeyd olunub ki, Dağlıq Qarabağda sülhməramlı əməliyyatlarda iştirak edəcək 15-ci sülhməramlı briqadanın şəxsi heyəti və texnika təyyarələrdə yola salınıb.

Məlumatda o da bildirilib ki, sutka ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrində 58 hərbi texnika Ermənistana gətirilib. (apa)