XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

16 Noyabr 2020 - 15:58

Erməni valideynlər Tonoyanla görüş tələb edir:“Övladlarımızı qaytarın”

Hərbçi övladları itkin düşmüş analar Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir.

Ermənistan KİV-i xəbər verir ki, onlar Ermənistanın müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Onik Qasparyanla görüş tələb edirlər.

“Övladlarımız haradadır? Uşaqlarımızı qaytarın! Niyə onlar heç bir siyahıda yoxdurlar?!”, – valideynlərdən biri söyləyib.

Qeyd olunub ki, hazırda Müdafiə Nazirliyinin binası polis tərəfindən mühasirəyə alınıb. (report)