XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2020 - 17:35

“Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb” –Paşinyan

“Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin tribunasından deyib.  

Onun sözlərinə görə, son iki gündə Şuşadan 300-dən çox erməni döyüşçünün meyiti götürülüb.

“Mən bu barədə danışmaq istəmirdim, amma məcburam – son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb. 300-dən çox meyit. Siz döyüşün miqyasını təsəvvür edirsiniz? Bəzi adamlar var ki, guya generalların, yaxud siyasi rəhbərliyin Şuşa uğrunda döyüşməmək barədə əmr verdiyini deyir. Onda bu ölənlər kimin əmri ilə döyüşüb həlak olublar?”

Paşinyanın sözlərinə görə, Şuşanın verilməsi barədə şayiə yayanlar istintaq orqanlarına dəvət olunur, onlardan bu informasiyaları hardan aldıqları, satqının kim olduğu barədə soruşulur: “Lakin həmin şəxslər ifadələrində qeyri-müəyyən şeylərdən danışırlar, suallara konkret cavab verə bilmirlər”.

Qeyd edək ki, Azərbaycan Ordusu Şuşa şəhərini bu il noyabrın 8-də erməni işğalçılarından azad edib. Şuşada məhv edilmiş erməni hərbçilərinin meyitləri Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilir. (apa)