XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

16 Noyabr 2020 - 16:57

Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim və daha 19 nəfər ev dustaqlığına buraxılıb –Məhkəmə qərarı

Bu gün Səbail rayon məhkəməsində iyulun 14-də Bakıda keçirilən aksiyada təqsirləndirilərək həbs edilən 21- nəfərin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə dövlət ittihamçısının vəsatətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən 21 nəfərin cəzası ev dustaqlığına dəyişdirilib.

Məhkəmənin qərarı ilə AXCP üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Ayaz Məhərrəmov, Bəxtiyar İmanov, Baba Süleymanov, Ceyhun Novruzov, İsmayıl Həsənov, Müşviq Quliyev, Telman Seyfullayev, Məhəbbət Nağıyev, Seymur Əhmədov və digər şəxslər ev dustaqlığına buraxılıb.