XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2020 - 18:59

DTX-nın həbs etdiyi Polad Aslanova 16 il cəza kəsildi –Dövlətə xəyanətdə ittiham edilir

Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilən xeberman.com saytının redaktoru Polad Aslanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılıb.

Məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən P.Aslanova 16 il cəza kəsilib.

Qeyd edək ki, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlәtә xәyanәt) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunur.

DTX-nın yaydığı rəsmi açıqlamada qeyd olunub ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə, qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Bundan başqa Polad Aslanov Azərbaycanda olan bəzi jurnalistləri də xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etməkdə suçlanır. İttihama görə, həmin jurnalistlərdən biri bununla razılaşmadığı üçün Polad Aslanov tərəfindən hədələnib. Buna görə də ona qarşı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda) maddəsi ilə də təqsirləndirilir.