XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 14:04

Səhiyyə naziri şəkərli diabet xəstəliyinə dairəmr imzaladı

Səhiyyə naziri Oqtay Şirəliyev “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi barədə əmr imzalayıb.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Əmrdə Dövlət Proqramı çərçivəsində həmin illər üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının təsdiqi, eləcə də Fəaliyyət Planı üzrə işracı qurumların rəhbərlərinə nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətli həyata keçirilməsini təmin etmək, o cümlədən görülən işlər barədə Səhiyyə Nazirliyinə vaxtaşırı məlumatlar vermək və s. kimi məsələlər öz əksini tapıb.

Görüləcək tədbirlər sırasına şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, dərman preparatları və özünənəzarət vasitələrlə təmin olunmasının monitorinqinin təmini məqsədilə kompüter proqramının təkmilləşdirilməsi, şəkərli diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin genişləndirilməsi, şəkərli diabet xəstələrinin insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi, pompa ilə təmin edilmiş uşaqların monitorinqi və ləvazimatlarla təminatı daxildir.

Həmçinin şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədilə tibb müəssisələrinin qlükozalaşmiş hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsi, şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi də nəzərdə tutulub. Bundan əlavə, əmrə əsasən bölgələrdə “Diabetik pəncə” kabinetləri yaradılacaq, şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələri təşkil ediləcək, diabetin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislər hazırlanacaq, bölgələrdə şəkətli diabetin fəsadlarının profilaktikası və müalicəsinə həsr olunmuş konfranslar keçiriləcək.

Eyni zamanda, ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün şəkərli diabetin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkili, bu xəstəliyin profilaktikasına dair populyar ədəbiyyatın, bukletlərin, vərəqlərin, plakatların çapı və mətbuat vasitəsilə şəkərli diabetin profilaktikasına dair məlumatların verilməsi kimi tədbirlər nəzərdə tutulub.