XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2020 - 19:51

İranın kəşfiyyat naziri müzakirələrə qatılıb –Dağlıq Qarabağla bağlı

“Kəşfiyyat naziri parlament komissiyanın axşam iclasında iştirak edib”.

Strateq.az “Mehr”-ə istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Əbülfəzl Əmui bildirib.

Onun sözlərinə görə, iclasda dünyanın geosiyasi və strateji inkişafları barədə müzakirələr aparılıb.

Əmui əlavə edib: “İslam Məşvərət Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının bugünkü iclasında Ermənistan və Azərbaycan arasında müharibədə atəşkəs elan edildiyinə və bu məsələ Milli Təhlükəsizlik Komissiyasının gündəmində qaldığı üçün Dağlıq Qarabağ hadisələri ilə bağlı son məsələlər araşdırılıb”.

Komissiya sözçüsü bildirib: “Kəşfiyyat naziri bir neçə millət vəkilinin suallarını cavablandırmaq üçün parlamentin  bugünkü iclasında iştirak edərək müzakirələrə qatılıb”.