XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2020 - 19:41

Prezident İlham Əliyev Moldovanın yeni Prezidentini təbrik etdi –MƏTN

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının yeni seçilmiş Prezidenti Maya Sandunu təbrik edib.

Strateq.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli xanım Sandu,

Moldova Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.