XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2020 - 16:27

“Türkvision” mahnı müsabiqəsinin Şuşada keçirilməsi planlaşdırılır- Açıqlama

2021-ci ildə “Türkvision” mahnı müsabiqəsi Şuşada keçirilə bilər.

Bu barədə “Report”a təşkilatçılar məlumat verib.

Bildirilib ki, texniki məsələlər həll ediləcəyi təqdirdə Şuşa şəhəri müsabiqəyə ev sahibliyi edəcək.

Məlumat üçün bildirək ki, Türkiyənin TMB telekanalı tərəfindən qurulan beynəlxalq mahnı müsabiqəsi ilk dəfə 2013-cü ildə Türkiyədə keçirilib.

Bu ilki müsabiqə koronavirus pandemiyası səbəbindən onlayn keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Ordusu noyabrın 8-i Şuşa şəhərini işğaldan azad edib.