XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2020 - 17:21

“İran diplomatiyasının Qarabağla bağlı tutduğu passiv mövqe səhv idi” –Millət vəkili

“İran diplomatiyasının Qarabağla bağlı tutduğu passiv mövqe səhv idi”.

Strateq.az “Nasrnews”-a istinadla xəbər verir ki, bunu keçmiş “Sepah” generalı, Şərqi Azərbaycan vilayətinin sabiq valisi və hazırda İran parlamentinin Təbrizdən seçilmiş millət vəkili Əhməd Əlirzabeygi bildirib.

Onun sözlərinə görə, uzun müddət Xarici İşlər Nazirliyinin mütəxəssisləri radikal düşüncə əsasında hərəkət ediblər. XİN mütəxəssislərinin “İranşəhri” (radikal fars millətçiliyi) düşüncəsinə bağlılığı son nəticədə,  bir çox fürsətin təhdid kimi qavranmasına səbəb olub.

“Təəssüf ki, XİN mütəxəssislərinin bu yanlış baxışı ucbatından Araz çayının hər iki tərəfindəki dil-din və mədəni  tərəfdaşlığımız heç vaxt bölgənin təhlükəsizliyini artırmaq imkanı olaraq görülməyib və bu mövzuda araşdırma olmayıb. Xarici İşlər Nazirliyi kimi qərar qəbul etmə mərkəzində səhv düşüncələrin hakim olması ucbatından iki ölkənin və böyük xalqın strateji yaxınlaşması üçün bu böyük fürsəti əldən verilib”, – deyə millət vəkili vurğulayıb.

Əhməd Əlirzabeygi əlavə edib: “İran kimi böyük ölkə XİN mütəxəssislərinin səhv baxışını aşa bilməyib və ən yaxşı şərtlərdə aktiv bitərəflik siyasəti yürütməni qərara alıb. O, Qarabağda baş verən hadisəsində yalnız müşahidəçi olub. Eyni mütəxəssislər Paşinyanın İrana səfəri ilə bağlı incikliyi ortaya çıxarıb. Eyni mütəxəssislərin ucbatından Ermənistan baş naziri Nikol Paşinyanın İrana səfəri, təfərrüatlarına varmaq istəmirəm, biabırçılığa səbəb olub”.

Millət vəkili qeyd edib ki, İran dövlət teleradio qurumu Səudiyyə təyyarələrinin Yəməni bombalaması zamanı ölən mülki şəxsləri “şəhid” adlandırır, lakin Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücumunda ölən vətəndaşları sadəcə “ölü” kimi təqdim edib.

Təbrizli millət vəkili bildirib: “İranın fəal xarici siyasəti olmadığına görə Qarabağ məsələsi Türkiyənin ixtiyarına buraxılıb. Diplomatik aparatın bu passivliyi Azərbaycan Respublikası xalqı İranı yanında görməyib. Hətta Bakıda İsrail bayrağı ilə qələbinin qeyd edilməsinə də şahid olduq”.

Əhməd Əlirzabeygi deyib: “Təəssüf ki, diplomatiya mexanizmimiz bu imtahanda uğurlu çıxa bilməyib. Xarici diplomatiyamızla bağlı bu ağrılı təcrübə təkcə Azərbaycanla münasibətimizlə məhdudlaşmır. Bu gün Kədxuda (ABŞred.) ilə barışmaq hərisliyi qonşu ölkələrə ehtiyacımız olmadığı fikrini doğurub. Həmin siyasət sayəsində qonşular düşmənin qucağına atılıb. Mən təbrizli millət vəkili olaraq, Abbas Əraqçinin də iştirak etdiyi Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Qərbi Azərbaycan və Milli Təhlükəsizlik Komissiyası nümayəndələrinin görüşündə dedim: “Ruhani hökuməti dövrü bitmək üzrədir, ancaq Qafqazda passiv siyasətdən üz döndərməliyik, zərərin yarısından da qayıtmaq xeyirlidir”.

Sonda millət vəkili vurğulayıb ki, Xarici İşlər Nazirliyinə qonşuları ilə münasibətləri düzgün tənzimləməyin zəruriliyi barədə daima məsləhət verən Ali Rəhbərin narahatlıqlarına da məhəl qoymayıb”.