XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 15:01

Belçika “Brüssel kamikadzeləri” barədə6 gün əvvəldən xəbərdar imiş

"Belçika hökuməti "Brüssel kamikadzeləri" barədə onlara 6 gün əvvəldən təqdim edilmiş məlumatları heçə sayıb".

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatla Hollandiyanın milli təhlükəsizlik naziri Ar van der Ster çıxış edib.

Nazir bildirib ki, Belçika hökumətinə İbrahim və Xalid əl-Bakraui qardaşlarının təhlükəli olduğu barədə xəbər ötürüblər. Xəbərin mənbəyi ABŞ Federal Təhqiqatlar Bürosu olub. Bakraui qardaşları 2015-ci ilin sentyabrından ABŞ-ın terrorçularla bağlı siyahısında olub. Bu ilin martın 17-də də Hollandiya bu məlumatı Belçikaya təqdim edib.

Bundan əvvəl Türkiyə xüsusi xidmət orqanları da oxşar bəyanatla çıxış edərək rəsmi Brüsselin Xalid Bakraui haqda təqdim etdikləri məlumata əhəmiyyət vermədiyini bildirmişdi. 

Xatırladaq ki, Bakraui qardaşları və Nəcim Laaşrauinin Brüsseldə törətdikləri silsilə teraktlarda 30-dan çox insan ölüb, 300-dən çox insan yaralanıb.