XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2020 - 15:59

Dünya statistikasında koronavirusa yoluxanların 20%-ni həkimlər təşkil edir –TƏBİB

“Azərbaycanda da həkimlər arasında koronavirusa yoluxmalar var”.

Bunu bu gün TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bütün dünyada risk qruplarından ilk yerdə həkimlərdir: “Çünki onlar bilavasitə xəstələrlə işləyirlər. Dünya statistikasında yoluxanların 20%-ni məhz həkimlər təşkil edir. Biz də həkimlərin koronavirusa yoluxmaması istiqamətində işlər aparırıq. Bütün tibb müəssisələrində yoluxmaları izləyirik. Yerində bununla bağlı lokal tədbirlər həyata keçirilir”. (apa)