XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

23 May 2015 - 10:27

Türkcə Avropa Şurasının rəsmi dili oldu

AŞPA-dan Türkiyə qədər bizi də qürurlandıran xəbər gəlib. Şuranın Daimi Kommisiyası bu gün keçirdiyi toplantıda çox önəmli bir qərara imza atıb – bundan sonra türk dili də Avropa Biriyinin rəsmi dillərindən olacaq.

Qeyd edək ki, bu zamana Avropa Şurasının rəsmi dilləri bunlar idi: ingiliscə, fransızca, italyanca və rusca. Bundan sonra türk dili də bu dillər sırasına qoşulacaq və sessiyalarda çıxış edənlər öz fikirlərini türkcə ifadə edə biləcəklər. Başqa dillərdə edilən çıxışlar da türkcəyə tərcümə olunaraq birbaşa səsləndiriləcək.

Avropa Şurasının bu qərarı verməsinin əsas səbəbi Türkiyənin əhalisinə görə, şura üzvləri arasında 3-cü ən böyük dövlət olmasıdır.

Strateq.az