XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

20 Noyabr 2020 - 19:25

Ədliyyə Nazirliyi:azad edilən ərazilərdə strukturlarımızın fəaliyyəti təmin olunacaq

“Hərbi əməliyyatlar başlayan gündən Ədliyyə Nazirliyində 24 saatlıq iş qrafiki müəyyənləşdirildi, nazirin əmri ilə qərargah yaradıldı”.

Bunu “Report”un efirində yayımlanan “Müzakirə vaxtı”nın “Hüququmuz var” rubrikasında Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.

Onun sözlərinə görə, verilən tapşırıqlardan biri də işğaldan azad edilmiş ərazilərdə ədliyyə strukturlarının fəaliyyətinin bərpası məsələsidir:

“Hazırda təhlillər aparılır və təbii ki, orada bütün qurumlarımızın fəaliyyəti təmin olunacaq”.