“Bu gün azərbaycanlı hərbi əsirlər Amin Musaev və Bayram Kərimovla qeyri-insani rəftarla əlaqədar Ermənistana qarşı təcili olaraq müvəqqəti tədbirlərin tətbiqi məqsədi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə sorğu göndərdim”.
Bu sözləri Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov tvitter səhifəsində yazıb.