XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2020 - 17:37

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar yeni layihəyə başlanılıb –VİDEO

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması yeni layihəyə start verib.

İcmadan verilən xəbərə görə, layihə əsir və itkin düşmüş,  girov götürülmüş vətəndaşlarımızla bağlı həyata keçirilir.

“Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalı zamanı 4 minə yaxın soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. Bu illər ərzində Ermənistan hakimiyyəti beynəlxalq konvensiyaların tələblərini pozaraq əsir düşmüş soydaşlarımızla bağlı Azərbaycan tərəfinə heç bir məlumat təqdim etməyib. Əsir düşmüş şəxslərin ailə üzvlərinin beynəlxalq təşkilatlara ünvanladıqları çoxsaylı müraciətlər isə cavabsız qalıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan layihənin məqsədi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayətlərini yenidən gündəmə gətirmək, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailə üzvlərinin üç dildə (Azərbaycan, rus, ingilis) video müraciətlərini hazırlayıb beynəlxalq təşkilatlara, insan hüquqları ilə bağlı məşğul olan humanitar qurumlara təqdim etməkdir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistan hakimiyyətindən 90-cı illərdə əsir və girov götürülmüş, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı məlumatlara aydınlıq gətirməyi tələb edirik”, – deyə qeyd olunub.