XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 16:52

Vaqif Əsədov: “Mənim dava edən vaxtım deyil” – FOTO

Polis polkovniki baykerlə mübahisə etdiyi iddia olunan fotoya münasibət bildirib

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədovsosial şəbəkələrdə yayılan və baykerlə mübahisə etdiyi iddia olunan fotoya münasibət bildirib. 

Bölmə rəisi report.az-a bildirib ki, mübahisə etməsi ilə bağlı yayılan söhbətlər yalandır:

"Ola bilər ki, dostlarımız ya zarafat üçün, ya da şou yaratmaq məqsədilə bu fotonu paylaşıblar. Mənim mübahisə etməyə nə vaxtım var, nə də vəzifəm buna imkan verir. Məgər, mənim qanun çərçivəsində işimi görmək bacarığım yoxdur ki, kiminləsə mübahisə edim?! İndi mənim dava edən yaşım deyil. Mən orada motosikl idarə edənlərlə görüşmüşəm. Görüşümüz çox maraqlı olub. Onlara təlimat verdim və motosikl idarə etməyin qaydaları barədə qarşılıqlı söhbətlər etdik".