XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2020 - 10:32

Erməni deputatdan xəbərdarlıq:"Hakimiyyət əsgər valideynlərindən qorxmalıdır"

“Çox sadə səbəbdən müxalifətin mitinqlərində iştirak edə bilmirəm: aksiyanın başlanmasından saat yarım əvvəl məni (polisə-red) dindirməyə çağırırlar.

Bu barədə “168.am”a müsahibəsində “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan bildirib.

“Onlar (Ermənistan hakimiyyəti – red) hər şeydən daha çox Sarukyanın xalqla görüşə biləcəyindən qorxurlar. Amma Sarukyandan qorxmaq lazım deyil. Onlar öz siyasətlərindən qorxmalıdır, Qarabağ müharibəsində biabırçı məğlubiyyətlərindən qorxmalıdır”, – müxalif siyasətçi deyib.

Qaqik Sarukyan qeyd edib ki, Ermənistan hakimiyyəti dünya ermənilərindən də çəkinməlidir. “Qoy həlak olmuş və itkin düşən əsgərlərin valideynlərindən qorxsunlar”, – o vurğulayıb. (report)