XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2020 - 15:30

Görüntüləri yayılan azərbaycanlı əsirlərdən nə xəbər var?- Açıqlama

Əsir götürülən iki azərbaycanlı əsgər Amin Musayev və Bayram Kərimovla bağlı məlumatı olub-olmadığını Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Yerevandakı nümayəndəsi Zara Amatuni açıqlamaqdan imtina edib.

“Report”un xəbərinə görə, qondarma “Dağlıq Qarabağ ombudsmanı” isə BBC-yə bildirib ki, Amin Musayev və Bayram Kərimov barədə onda məlumat yoxdur, ancaq onlar yaralıdırlarsa, “çox güman ki, Ermənistanda xəstəxanadadırlar”.

İki yaralı əsgərin döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb.