XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 17:28

“Azərsu” Ziya Bünyadov prospektində yaranmış vəziyyətə aydınlıq gətirdi

Foto: "Azərsu" Ziya Bünyadov prospektində yaranmış vəziyyətə aydınlıq gətirdi / Cəmiyyət

Dünəndən yağan intensiv yağış paytaxtın Ziya Bünyadov prospektində hərəkətə ciddi problemlər yaradıb. Ərazidə yığılan yağış suları avtomobillərin hərəkətinə maneələr yaradıb.

Ziya Bünyadov prospektində

"Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı trend.az-a açıqlamasında bildirib ki, hazırda ərazidəki suları təmizləmək üçün prospektə təmizləyən xüsusi qurğulu avtomobillər cəlb edilib: "Avtomobillər kollektorların yağış sularını normal qəbul edə bilməsi üçün mərkəzi kollektorlar, xətlər yuyulur. İntensiv yağan yağışlarda kollektorlar yağış sularını ötürüb çatdıra bilmir və nəticədə bu cür problemlər yaranır".

A.Cəbrayıllı bildirib ki, "Azərsu" ASC-də mütəxəssislərin iştirakı ilə hazırda bu problemlə bağlı xüsusi layihə hazırlamaq planlaşdırılır. Həmin layihənin icrasından sonra problemin birdəfəlik həllinə nail olunacaq.