XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 Noyabr 2020 - 09:00

Türkiyə Müdafiə Nazirliyi:“Körpələri qətlə yetirən Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri yandırıb”

“Ballistik raketlərlə Azərbaycanın yaşayış məntəqələrini hədəf alan, gecə körpələri yatdıqları yerdə qətlə yetirən Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri yaxıb-yandırıb”.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi twitter səhifəsində işğaldan azad edilən Ağdam rayonuna aid paylaşılan videoda bildirilib.

Ağdamın mərkəzindəki məsciddə oxunan ilk azanın səsinə də yer verilən videomaterialın təqdimatında “Ağdamı yenidən yaşanılacaq bir vəziyyətə gətirmək üçün fəaliyyət başlanıb”, deyə qeyd edilib.

Eyd edək ki, sözügedən videogörüntü bir çox sosial şəbəkələrdə də paylaşılıb.