XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2020 - 17:14

Füzulinin dağıdılmış Mədəniyyət Mərkəzinin qarşısından dünyaya musiqi ilə mesaj –VİDEO

 “Füzuli şəhərinin Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət Mərkəzinin qarşısındayıq. Musiqinin gücü ilə dünyaya sülh və tolerantlıq mesajlarımızı göndəririk”.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərlə Füzulidə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter” hesabında yazıb.

Ermənilər tərəfindən dağıdılmış mədəniyyət mərkəzinin qarşısında 27 il sonra skripka ilə mahnı ifa edilib. H. Hacıyev bildirib ki, hayalət şəhəri Füzuli tezliklə firavanlıq və xoşbəxtlik şəhəri olacaq.