XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2020 - 18:04

Prezidentin köməkçisi:“Füzuli inkişaf etmiş regionlarımızdan birinə çevriləcək”

“Məqsədimiz erməni vəhşiliyinin beynəlxalq ictimaiyyətə çatdırmaqdır”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O deyib ki, torpaqlarımız işğaldan azad olana qədər işğal altındakı ərazilərdə törədilən erməni vəhşiliyi barədə danışmışıq: “Amma fiziki olaraq bu ərazilərə keçə bilmədiyimiz üçün bunları dolğun, əsaslı faktlarla təqdim edə bilmirdik. İndi hər şey gözümüzün qarşısındadır. Burada, Füzuli şəhərinin qəbiristanlığında uyuyan vətəndaşlarımızın, soydaşlarımıza allahdan rəhmət diləyirik. Bir daha da Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunmasında canını fəda etmiş şəhidlərimizə allahdan rəhmət diləyirik. Azərbaycan vətəndaşı kimi gözümüzün qarşısında bu viranəlik var. Amma digər tərəfdən də fəxr edirik ki, torpaqlarımız nəhayət, işğaldan azad olundu. Onu da əmin edə bilərik ki, Ali Baş Komandanımızın, Prezidentimizin rəhbərliyi altındaFüzuli şəhəri və rayonu da digər şəhər və rayonlarımız kimi yenidən qurulacaq, yenidən inkişaf etmiş regionlarımızdan birinə  çevriləcək”/APA.