XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

23 Noyabr 2020 - 11:38

BNA sürücülərə xəbərdarlıq edib

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edilib. 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.