XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

23 Noyabr 2020 - 13:23

Azərbaycan Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edib –Bakı Hərbi Məhkəməsi

Azərbaycan hüquq-mühafizə orqanları Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib.

Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanıb.

Təqdimata noyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin icraatında baxılıb.

Təqdimat məhkəmə tərəfindən təmin edilib və S. Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. S. Ohanyanın saxlanılması üçün barəsində beynəlxalq axtarış elan edilib.

Bakı Hərbi Məhkəməsindən faktı təsdiqləyiblər. Bildirilib ki, S. Ohanyan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, 58 yaşlı keçmiş nazir Şuşada doğulub. Təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində alıb.

Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.

Onun və oğlunun Qarabağdakı son döyüşlərdə yaralanması barədə məlumatlar yayılıb. (apa)