XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Noyabr 2020 - 15:14

Qubada karantin qaydalarını pozaraq, fəaliyyət göstərən çayxana aşkarlanıb –DİN

Qubada xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Möhüc kəndi ərazisində yerləşən çayxananın mövcud karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan 7 müştərinin və obyekt sahibi Rüstəm İsayevin sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib edilib.