XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Noyabr 2020 - 14:35

Əsir götürülən azərbaycanlı hərbçilərdən xəbər var –BQXK

Erməni hərbçiləri tərəfindən əsir götürülən iki azərbaycanlı gənclər – Amin Musayev və Bayram Kərimov sağdırlar.

Bu barədə məlumat “Anna News”un teleqram kanalında verilib.

Məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri onlarla görüş keçirib.

Xatırladaq ki, A.Musayev və B.Kərimovun döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb. (report)