XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Noyabr 2020 - 15:25

Dövlət Vergi Xidmətinin hüquqları artıb –Fərman

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqları artırılıb. 

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malik olacaq.