XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

23 Noyabr 2020 - 16:37

Baş Prokurorluq Seyran Ohanyanın cinayət işi ilə bağlı məlumat yayıb:"Cinayət işi Hərbi Prokurorluqda istintaq edilir"

Baş Prokurorluq Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan barəsində başladılan cinayət işi ilə bağlı məlumat yayıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin cinayət işi Hərbi Prokurorluqda istintaq edilir.

Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanları Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanıb. Təqdimata noyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin icraatında baxılıb. Təqdimat məhkəmə tərəfindən təmin edilib və S. Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. S. Ohanyanın saxlanılması üçün barəsində beynəlxalq axtarış elan edilib.

Xatırladaq ki, 58 yaşlı keçmiş nazir Şuşada doğulub. Təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində alıb. O, azərbaycanlı əhaliyə qarşı cinayətlər, xüsusən Xocalı soyqırımının törədilməsinin əsas iştirakçılarından sayılır.