XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2020 - 00:25

BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək –"Missiya dekabr ayının əvvəllərində öz işinə başlayacaq"

BMT, Ərazilərin Minalardan Təmizlənməsi Xidmətinin (UNMAS) Qarabağda təcili yerləşdirməsi ilə bağlı digər bölmələrlə işləyir.

Bu barədə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin nümayəndəsi RİA “Novosti”yə bildirib.

Adı açıqlanmayan nümayəndə “UNMAS-ın Dağlıq Qarabağ zonasında minaların təmizlənməsində Azərbaycana kömək etməyi planlaşdırırmı” sualına cavabında deyib:

“BMT, Ərazilərin Minalardan Təmizlənməsi Xidmətinin və BMT-nin digər qurumları ilə əlaqəli olaraq, tərəflərin tələb etdiyi BMT köməyi kontekstində təcili yerləşdirmə üzərində işləyir. Ehtimal olunur ki, missiya tərəflərin yerlərdə ehtiyaclarını nəzərə alaraq dekabr ayının əvvəllərində öz işinə başlayacaq”. (report)