Moskvanın şimalında 3 partlayış baş verib.
Strateq.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi bu məlumatı təsdiqləyib.
Məlumata görə, patlayışlar Zorge prospektində, içində qarajların olduğu binada meydana gəlib.
Hazırda 20 qarajın yandığı, yanğının 150 kvadrat metrlik sahəyə yayıldığı qeyd edilir.
Hadisə yerində xilasetmə və yanğınsöndürmə qrupları öz işlərini davam etdirirlər. Partlamaların səbəbi araşdırılır.