XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2020 - 18:18

İranlı nazir Ceyhun Bayramova dəvət göndərdi –Video ünsiyyət

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və azərbaycanlı vəzifədaşı Ceyhun Bayramov videokonfransla ünsiyyət qurublar.

Strateq.az İRNA-ya istinadla xəbər verir ki, nazirlər ikitərəfli münasibətlərdəki son inkişafları və bölgədə müharibədən sonrakı vəziyyəti müzakirə ediblər.

İran və Azərbaycan Respublikasının XİN rəhbərləri beynəlxalq forumlarda, Xəzər dənizində, yenidənqurma layihələrində, o cümlədən Xudafərin su anbarının istismarı, Rəşt-Astara dəmir yolu ilə əlaqədar fikirlərini bölüşüblər.

İki ölkə səfirlərinin də qatıldığı görüşə Şimal-Cənub və Şərq-Qərb dəhlizləri, iki ölkə arasında ortaq iqtisadi komissiyanın iclasının keçirilməsi və digər maraq doğuran məsələlər də müzakirə edilib.

Tərəflər iki ölkənin sərhədlərini “barış, dostluq və əməkdaşlıq sərhədləri” adlandırıb və təhlükəsizliyin vacibliyini  vurğulayıblar.

Məhəmməd Cavad Zərif azərbaycanlı vəzifədaşını Tehrana dəvət edib.