XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

25 Noyabr 2020 - 22:28

Valentina Matviyenko:"Qarabağda atəşkəsi qorumaq zəruridir"

“MDB Parlametlərarası Assambleyası bütün MDB ölkələri, o cümlədən Azərbaycan və Ermənistan deputatlarının səmərəli fəaliyyəti üçün son dərəcə əlverişli formatdır”.

“Report” xəbər verir ki, bunu “İzvestiya” nəşrinə müsahibəsində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

O, Azərbaycanla Ermənistan deputatları arasında ünsiyyət faktının mövcudluğunu çox mühüm hadisə kimi dəyərləndirib.

V.Matviyenko həmçinin Qarabağ probleminin MDB-nin səlahiyyətinə aid olmadığını da diqqətə çatdırıb:

“Bu, son dərəcə həssas məsələdir. Azərbaycan, Ermənistan, Rusiya liderləri arasında əldə olunmuş razılaşmanı misilsiz hesab edirəm. Bu məsələdə başlıca rol bizim prezidentə aiddir. Münaqişə bölgəsinə sülhməramlı qüvvələrin yerləşdirilməsinə dair təcili verilən qərar döyüş əməliyyatlarını, qan tökülməsini dayandırdı, bu da əsas vəzifədir. Məncə, indi hər bir ehtiyatsız deyilən kəlmə gərginliyi yenidən artıra bilər. Odur ki, hissləri cilovlayıb bu atəşkəsi qorumaq üçün nə lazımdırsa, edilməlidir”.