XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 November 2020 - 10:59

Anbarlara 2 milyon kubmetr qaz vurulub –SOCAR

Havaların soyuması ilə əlaqədar olaraq, tələbatı nəzərə alaraq noyabrın 11-dən etibarən anbarlardan qazın götürülməsinə başlanılıb.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

“Qazvurma mövsümü zamanı (2020-ci ilin aprelindən noyabrın əvvəlinə kimi) anbarlara 2 milyon kubmetr qaz vurulub. Qazvurmanın sonuna anbarlara yığılan qazın həcmi 3,2 milyard kubmetr təşkil edib.”