Bakının Ziya Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) tunelə girişdə yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə səbəbindən yolda sıxlıq müşahidə olunur.
Bundan başqa, 3-cü Mikrorayon dairəsi ətrafında hərəkətdə çətinlik yaranıb. Dairə ətrafında tıxac var. Hər iki ünvandakı nəqliyyat şəraiti həmin ərazidən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradır.