XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

28 Noyabr 2020 - 11:46

“Möhsün Fəxrizadəyə qəsd İran kəşfiyyatının zəifliyini göstərir” –Hərbi ekspert

“İsrail hələ də İranda aktivdir”.

Strateq.az “Xəbəronlayn”-a istinadla xəbər verir ki,  bunu istefada olan hərbçi, analitik Hüseyn Əlayi bildirib.

“İranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsi İsrailin casus qurumunun hələ də İranda fəaliyyət göstərdiyini göstərir”.

Hüseyn Əlayinin sözlərinə görə, bu, hamısı şəhid olan İranın nüvə alimlərinə sayca yeddinci sui-qəsdidir. “Artıq on ildən çoxdur ki, İsrail İran daxilində, elm adamlarına qarşı sui-qəsd daxil olmaqla, müxtəlif əməliyyatlar keçirir. Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatı rəhbəri Möhsün Fəxrizadənin qətl metodu İsrailin İrandakı əməliyyat qrupunun yüksək səviyyədə təchiz edildiyini və dəqiq məlumatlara güvəndiyini göstərir.

İsrail bu günə qədər bütün kəşfiyyat, təhlükəsizlik, kiberəməliyyat və diplomatik imkanlarını İran İslam Respublikasının nüvə proqramına qarşı istifadə edib və çox güman ki, bu proqram davam edəcək.

İsrailin bu cür sui-qəsdləri həyata keçirmək niyyəti, mühafizənin mövcudluğuna baxmayaraq, şəhid Fəxrizadə kimi insanları öldürməsi İranın təhlükəsizlik aparatı və mexanizmlərinin nə qədər zəif olduğunu göstərir! Digər tərəfdən, bu sui-qəsd göstərir ki, İranın bu sui-qəsdlərə operativ və diplomatik təpkisi çəkindirici olmayıb”, – deyə Hüseyn Əlayi vurğulayıb.