XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

28 Noyabr 2020 - 14:11

Hikmət Hacıyev:“Elə günlər olurdu ki, Tərtər şəhərinə 2 400-dən artıq mərmilər düşürdü"

“Tərtər hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalan Azərbaycan şəhərindən biridir. Elə günlər olurdu ki, gündəlik əsasda Tərtər şəhərinə 2 300 – 2 400-dən artıq mərmilər düşürdü”.

“Report” xəbər verir ki, bunu bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə Tərtər şəhərinin bombardmanı həyata keçirilirdi:

“Bunun da nəticəsində mülki insanlar arasında çoxlu sayda ölən və yaralananlar olmuşdu. Bu məqsədlə də Ermənistan silahlı qüvvələri tərəfindən kassetli “Smerç” raketləri də daxil olmaqla, bütün növ artilleriyadan istifadə olunurdu”.