XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

31 Mart 2016 - 12:22

Putin sammitə getmədi, Obama mesajını«The Washington Post»dan göndərdi

Rusiya prezidenti Vladimir Putin Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammitində iştirakdan imtina etsə də, ABŞ Moskvaya öz mesajlarını çatdırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, prezident Barak Obama Rusiyanı orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı öhdəliklərə (RSMD sazişi) tam əməl etməyə və nüvə arsenalını məhdudlaşdırmaqla bğalı danışıqlara qatılmağa çağırıb. 

Bu çağırış bu gün – nüvə sammitinin ilk günü ABŞ prezidentinin «The Washington Post» qəzetində çıxan yazısında yer alıb:

«Rusiyanın RSMD ilə bağlı razılaşmanı pozduğunu nəzərə alaraq, biz Moskvanı öz öhdəliklərinə tam əməl etməyə çağırırıq. Qeyd edim ki, ABŞ-ın nüvə arsenalı müasir təhdidlər üçün yararlı deyil. ABŞ və Rusiya birlikdə dünya nüvə silahının 90 faizinə sahibdir. Hər iki ölkə bu arsenalın məhdudlaşdırılması üçün danışıqlar aparmalıdır».

Obama onu da qeyd edib ki, ölkəsinin milli təhlükəsizlik strategiyasında nüvə silahının sayı və rolunu azaldıb.